ABŞ-ın müxtəlif şəhərlərində “Xocalıya ədalət!” məlumatlandırma aksiyası keçirilib
Amerika Birləşmiş Ştatlarının Vaşinqton, Nyu-York, Mayami, Boston, Atlanta, Çikaqo, Los-Angeles, Hyuston, Şarlotte və Klifton şəhərlərində Xocalı soyqırımının 31-cü ildönümü ilə əlaqədar geniş məlumatlandırma aksiyası keçirilib.
📌 https://t.co/LJldg3xJEm#JusticeforKhojaly pic.twitter.com/vrJ4rMK77f
— Azerbaijani Diaspora (@DiasporaAz) February 27, 2023
ABŞ-ın müxtəlif şəhərlərində “Xocalıya ədalət!” məlumatlandırma aksiyası keçirilib
, 2023

Diasporla İş üzrə Dövlət Komtəsinin dəstəyi və Yuta-Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Qarayevanın təşkilatçılığı ilə baş tutan aksiya “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində gerçəkləşdirilib.
Aksiya zamanı Xocalı həqiqətlərini əks etdirən LED ekranlı avtomobillər şəhərlərin izdihamlı mərkəzi küçələrində hərəkət edib.
Ekranda Azərbaycan bayrağının, xəritəsinin, Xocalı soyqırımı qurbanlarının adları və fotoları nümayiş etdirilib. Təsvirlər “Xocalıya ədalət!”, “Xocalı soyqırımını tanıyın”, “Ermənistanın insanlığa qarşı cinayəti”, “Ermənistanın Xocalıdakı bir gecəlik soyqırımı”, “Erməni lideri hərbi cinayətləri etiraf edib”, “Azərbaycanlılar ədalət tələb edir!”, “Qarabağ Azərbaycandır!”, “Xocalını xatırla!”, “Biz xatırlayırıq!”, “Xocalı üçün dua et!”, “Xocalıda 63 uşaq, o cümlədən yeni doğulanlar öldürülüb!”, “1992-ci il 26 fevral. 613 azərbaycanlı, 106 qadın, 63 uşaq, 70 ahıl şəxs qətlə yetirilib. 1275 nəfər azərbaycanlı girov götürülüb. 76 uşaq əlil olub. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib” şüarları və çağırışları ilə müşayiət olunub.
Ermənistanın eks-prezidentləri Robert Köçəryanın və Serj Sarkisyanın fotoları da ekranda yer alıb və hərbi cinayətlərə görə məhz bu şəxslərin fərdi məsuliyyət daşıdığına diqqət cəlb edilib.
Aksiya öncəki illərdə olduğu kimi, Amerika ictimaiyyətinin böyük marağına səbəb olub.
Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq təbliğat və təşviqat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən başlanıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/abs-in-muxtelif-seherlerinde-xocaliya-edalet-melumatlandirma-aksiyasi-kecirilib-2444