İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
2024,
https://x.com/YAP_1992/status/1852265749592609162
İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamedin etimadnaməsini qəbul edib.
https://x.com/YAP_1992/status/1852265749592609162
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
https://x.com/YAP_1992/status/1852265749592609162
COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran Fathudin Ali Mohamed Somali Prezidentinin bu tədbirdə iştirak edəcəyini bildirərək vurğuladı ki, COP çərçivəsində Azərbaycan və Somali dövlət başçılarının keçiriləcək görüşü münasibətlərimizin inkişafına əlavə təkan verəcək.
Səfir əməkdaşlığımızın gündən-günə möhkəmləndiyini qeyd etdi. O, elm və təhsil sahələrində əməkdaşlığa toxundu, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin Azərbaycanda təhsil aldığını dedi və bu ənənələrin davam etdirilməsində maraqlı olduqlarını vurğuladı.
https://x.com/YAP_1992/status/1852265749592609162
Prezident İlham Əliyev ticarət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.
Söhbət zamanı müxtəlif səviyyələrdə təmasların önəminə toxunuldu, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızdan məmnunluq ifadə olundu.
Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR
kaynak:https://president.az/az/articles/view/67190
https://x.com/YAP_1992/status/1852265749592609162
Son Güncelleme: 03 Kasım 2024 | Etiketler: Azərbaycan, Azərbaycanda, edib, etimadnaməsini, Əliyev, İlham, İlham Əliyev, İlham Əliyev Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib, olunmuş, qəbul, səfirinin, SOMALİ, Somalinin, təyin, YENİ
В Казани по проекту «ОпЕРежение» партпроекта «Выбор сильных» провели эстафету для подростков
Активисты «Единой России» проинспектировали работу летних лагерей в Татарстане
Марафон «Сила России»: в Грозном состоялся мастер-класс по вольной борьбе
Okullar, bir klinik, bir toplum merkezi, yollar: Birleşik Rusya milletvekilleri, Halk Programı kapsamındaki yerlerdeki çalışmaların hızını ve kalitesini değerlendirdi
В Красных Баках Нижегородской области при поддержке партпроекта «Детский спорт» состоялся региональный турнир по быстрым шахматам
«Единая Россия» организовала уличный урок безопасного поведения на дорогах для детей в Геническе Херсонской области