Azərbaycan Kaliforniyada keçirilən Beynəlxalq Uşaq Əyləncə Festivalında təmsil olunub
2024
https://x.com/DiasporaAz/status/1841058704826736825
Azərbaycan Kaliforniyada keçirilən Beynəlxalq Uşaq Əyləncə Festivalında təmsil olunub
Kaliforniyada yerləşən Kupertino Memorial Parkında Tayvan Mədəniyyət və İdman Assosiasiyası (TCSA) tərəfindən Beynəlxalq Uşaq Əyləncə Festivalı təşkil edilib.
https://x.com/DiasporaAz/status/1841058704826736825
İyirmi min ziyarətçinin qatıldığı festivalda Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ACSNC) ölkəmizi xüsusi stendlə təmsil edib. Ziyarətçilər Azərbaycan milli şirniyyatları, yeməkləri, adət-ənənələri, mədəniyyəti, tarixi, coğrafiyası ilə tanış olublar. Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdində fəaliyyət göstərən uşaqlardan ibarət Azərbaycan Gənclər Rəqs Ansamblının üzvlərinin səhnədə ifa etdikləri “Ağ çiçəyim” rəqsi qonaqlarda böyük maraq və rəğbət doğurub.
Kupertino Memorial Parkda keçirilən Beynəlxalq Uşaq Əyləncə Festivalına dəvət etdikləri üçün Tayvan Mədəniyyət və İdman Assosiasiyasına (TCSA) Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti (ACSNC) adından minnətdarlıq ifadə olunub.
https://x.com/DiasporaAz/status/1841058704826736825
Qeyd edək ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ACSNC) artıq 40 ildən çoxdur fəaliyyət göstərir. Təşkilat Vətəndən uzaqda olan soydaşlarımız üçün mədəni və maarifləndirici tədbirlər təşkil etməklə, mədəniyyətimizi, tariximizi, irsimizi Amerika cəmiyyətində tanıtmaq missiyasını yerinə yetirir. Komitənin dəstəyi ilə Cəmiyyətin tərkibində fəaliyyət göstərən Azərbaycan Gənclər Rəqs Ansamblında milli rəqs dərsləri keçirilir.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
Kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-kaliforniyada-kecirilen-beynelxalq-usaq-eylence-festivalinda-temsil-olunub-5119
https://x.com/DiasporaAz/status/1841058704826736825
Son Güncelleme: 02 Ekim 2024 | Etiketler: Azerbaijan, AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Evi, Azərbaycan Kaliforniyada keçirilən Beynəlxalq Uşaq Əyləncə Festivalında təmsil olunub, Bakı, BAKÜ, Beynəlxalq Uşaq Əyləncə Festivalında təmsil olunub, Dəstək Fondu, Diaspor, Diaspora, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Diasporuna Dəstək Fondu, embassy, Embassy of the Republic of Azerbaijan, Fuad, Fuad Muradov, İş üzrə Dövlət Komitəsi, Kaliforniyada, Muradov, Öf, Republic, Republic of Azerbaijan, THE
Birleşik Rusya’nın Yugra’dan Adıge’ye kadar olan bölge şubeleri, SVO askerlerine yardım ve şükran mesajları gönderiyor
Владимир Якушев вручил партийные билеты «Единой России» депутатам — ветеранам СВО в Челябинской области
Birleşik Rusya, teknolojik gelişmeyi hızlandırmak ve yerli üreticileri desteklemek için bazı önlemler önerdi
Meeting of the Minister of Foreign Affairs of Tajikistan with the Minister of State for Federal Education and Professional Training of Pakistan
Во Всемирный день дзюдо «Единая Россия» организовала соревнования и тематические акции по всей стране
«Огненные картины» памяти: единороссы Мурманской области почтили подвиг защитников Заполярья