Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib
30 aprel, 2025
Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib
Kanadanın Ottava və Toronto şəhərlərində yaşayan soydaşlarımız Azərbaycanın zəngin mədəni irsinin, tarixinin və milli dəyərlərinin tanıdılması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Onlar bu məqsədlə müxtəlif tədbirlər keçirir, beynəlxalq festivallarda iştirak edirlər. Bu isə ölkəmizin dünyada təbliği baxımından olduqca əhəmiyyətlidir.
https://x.com/DiasporaAz/status/1917545922713485319
Belə tədbirlərdən biri Kanadanın paytaxtı Ottavada baş tutub. Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkil etdiyi tədbir “Azərbaycan Mədəniyyət Gecəsi – Azerbaijani Cultural Gala” adlanıb. Gecə Azərbaycanın zəngin mədəniyyətini, tarixini və milli dəyərlərini Kanadada yaşayan azərbaycanlı gənclərə, diaspor üzvlərinə, eləcə də yerli ictimaiyyətə tanıtmaq məqsədilə keçirilib. “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri ölkəmiz haqqında məlumatlar verib, şeirlər səsləndirib. “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri isə milli rəqslərimizi ifa ediblər. Gecədə Azərbaycanın tarixinə həsr olunmuş təqdimatlar da yer alıb. Məkan daxilində qurulan dekorativ guşələr, milli atributlar və sənətkarlıq nümunələri iştirakçılara ölkəmizin zəngin tarixi və mədəni irsi ilə tanışlıq imkanı yaradıb.
https://x.com/DiasporaAz/status/1917545922713485319
Toronto şəhərində isə Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Multikultural Uşaq Festivalına qatılıblar. Festival Kanada Türk Mədəniyyəti və Folklor Dərnəyinin təşkilatçılığı ilə keçirilib. Balaca soydaşlarımız həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə milli rəqs nömrələri təqdim ediblər. Xüsusilə ingilis dilində səsləndirilən “Ey əziz anam, Azərbaycan” mahnısının sədaları altındakı rəqs böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1917545922713485319
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-medeniyyeti-kanadada-ugurla-teblig-edilib-5762
https://x.com/DiasporaAz/status/1917545922713485319
Son Güncelleme: 30 Nisan 2025 | Etiketler: AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib, Bakı, BAKÜ, Diaspor, Diaspora, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Fuad, Fuad Muradov, İş üzrə Dövlət Komitəsi, Kanada, Kanadada, Kanadada uğurla təbliğ edilib, mədəniyyəti, Muradov
Kazan’da, Birleşik Rusya’nın desteğiyle, Çocuk Yaratıcılığı Sarayı’nın cephesindeki tarihi unsurlar restore edildi
«Единая Россия» открыла в ДНР Парту Героя в память о журналистах-военкорах, участвовавших в СВО
İnsansız hava araçları, tıbbi ekipman, sobalar, insansız hava aracı dedektörleri ve yılbaşı hediyeleri: Birleşik Rusya cepheye yeni yardım sevkiyatları gönderdi
Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’nun Nefteyugansk Bölgesi’nde “Benim Yugra’m – Benim Kaderim!” adlı fotoğraf sergisini açtı
Birleşik Rusya Genç Muhafızları, Rusya Federasyonu Anayasa Günü için vatansever etkinlikler düzenledi
TÜRK MİLLİ KUVVETLER VAKFI GENEL BAŞKANI DR. FATİH ŞİMGA`DAN MEVLANA HAFTASI MESAJI