Belarusdakı diaspor təşkilatının rəhbərinə medal təqdim olunub
2025
Belarusdakı diaspor təşkilatının rəhbərinə medal təqdim olunub
https://x.com/DiasporaAz/status/1884186546468946021
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırovu qəbul edib.
https://x.com/DiasporaAz/status/1884186546468946021
Qonağı salamlayan Komitə sədri Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin inkişafında və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsində Azərbaycan diasporunun rolunu yüksək qiymətləndirdiyini söyləyib. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib.
https://x.com/DiasporaAz/status/1884186546468946021
Sonra Natiq Bağırova “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub.
https://x.com/DiasporaAz/status/1884186546468946021
Natiq Bağırov fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını bildirib. O, xaricdə yaşayan azərbaycanlıların Prezident İlham Əliyevin siyasətini daim dəstəklədiklərini, bundan sonra da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı və diasporumuzun fəaliyyətinin daha mütəşəkkil olması naminə səylərini əsirgəməyəcəklərini nəzərə çatdırıb.
https://x.com/DiasporaAz/status/1884186546468946021
Qeyd edək ki, SSRİ-də sambo üzrə idman ustası, Belarusda həm cüdo, həm də sambo üzrə əməkdar idman ustası olan Natiq Bağırov dünya və ikiqat Avropa mükafatçısıdır. 2022-ci ildən Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviridir.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1884186546468946021
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/belarusdaki-diaspor-teskilatinin-rehberine-medal-teqdim-olunub-5488
https://x.com/DiasporaAz/status/1884186546468946021
Son Güncelleme: 29 Ocak 2025 | Etiketler: AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Evi, Bakı, BAKÜ, Belarus, Belarusdakı diaspor təşkilatının, Belarusdakı diaspor təşkilatının rəhbərinə medal təqdim olunub, Dəstək Fondu, Diaspor, Diaspora, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Diasporuna Dəstək Fondu, Embassy of the Republic of Azerbaijan, Fuad, Fuad Muradov, İş üzrə Dövlət Komitəsi, Muradov, rəhbərinə medal təqdim olunub, təşkilatının rəhbərinə medal təqdim olunub
Vladimir Vasiliev: SVO katılımcıları için konaklama yerleri, engelli gazilerin ihtiyaçları dikkate alınarak donatılmalıdır
Birleşik Rusya, öğrencilerin Temel Devlet Sınavı (OGE) ve Birleşik Devlet Sınavı (USE) için hazırlık döneminde aileleri desteklemek amacıyla bir dizi eğitim girişimi başlattı
Владимир Васильев: Системные решения «Единой России» во исполнение поставленных Президентом задач дают результаты
«Единая Россия» добилась усиления контроля за тарифами ЖКХ
TARIMKON GENEL BAŞKANI HAKAN YÜKSEL`DEN KADİR GECESİ MESAJI
MEHMET KIZIL’DAN KADİR GECESİ MESAJI