
Bu il Qurban Bayramını SOS Uşaq kəndində uşaqlarla birgə keçirdik

İyun ayının 30 -u müqəddəs Qurban bayramı münasibəti ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Hövsan Mədəniyyət Sarayının bədii rəhbəri Kamran Nur -un təşkilatçılığı, Aran Media group, “Zəfər Yolu” Müharibə iştirakçılarına və Şəhid ailələrinə humanitar dəstək İctimai Birliyi və Suraxanı rayonu MKS -nin 4 nömrəli kitabxana filialının təşkilati dəstəyi ilə Sos Uşaq Kəndində xeyriyyə tədbiri təşkil olundu.

Tədbiri aparıcı Zeynəb Kəngərli açıq elan edərək, Azərbaycan Respublikasının himni səsləndirilmiş, cəmi şəhidlərimizi bir dəqiqəlik sükutla ehtiramla yad edilmişdir. Daha sonra çıxış üçün söz şəhid Ramil Yusifzadənin anası Reyhan Yusifzadəyə, daha sonra Aran Media Group rəhbəri Şeyda Əzizqızı və “Zəfər Yolu” Müharibə iştirakçılarına və Şəhid ailələrinə humanitar dəstək İctimai Birliyinin sədri Pərvanə Abdullayevaya verilmişdir.

Tədbirdə uşaqlar üçün köpük, alov və şar şou nümayiş olunaraq onların böyük marağına səbəb olmuşdur.

Bundan əlavə uşaqlar üçün qurbanlıq quzu ətindən hazırlanmış yemək süfrəsi təşkil olumuş, Qənirə İsrafilovanın hind rəqsi nümayiş olunmuş, gənc müğənnilər, Əhməd Əmirli, Sevinc Süleymanzadə, Müşfiq Kazımzadə, Tamerlan Baxışlı, Hülya Əzizova, Orxan Sərxanoğlu, da öz növbəsində uşaqları bayram münasibəti ilə təbrik etmişlər. Sonda uşaqlara bayram hədiyyələri təqdim edilmişdir.
Aran Media Group rəhbəri Şeyda Əzizqızı-BAKÜ






Son Güncelleme: 02 Temmuz 2023 | Etiketler: Aran Media Group rəhbəri Şeyda Əzizqızı, BAKÜ, birgə, Bu il, Bu il Qurban Bayramını SOS Uşaq kəndində uşaqlarla birgə keçirdik, keçirdik, Qurban Bayramı, Şeyda Əzizqızı, SOS Uşaq kəndində, uşaqlarla
Primorsky Krai’deki Shkotovo köyünde, Birleşik Rusya Halk Programı kapsamında yeni bir köprü inşa edildi
Rusya Birliği, Vologda Oblastı’ndaki Sokol şehrinde engelli çocuklar için bir spor festivali düzenledi
Kostroma Bölgesi için kilit kalkınma alanları olan tıp, kentsel gelişim ve dijitalleşme, Birleşik Rusya forumunda ele alındı
SVO katılımcılarına destek, eğitim ve bilim geliştirme, sağlık hizmetleri ve kırsal alanlar: Birleşik Rusya forumu “Sonuçlar Var!” Belgorod bölgesinde düzenlendi
Birleşik Rusya, bölgelerde temizlik günleri düzenledi
Birleşik Rusya, kurdele karşılığında otomobil, jeneratör, dört pervaneli insansız hava aracı ve çocukların resimlerini bağışladı