“Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçıları Azərbaycanda səfərdədir
2025
“Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçıları Azərbaycanda səfərdədir
Diasporla İş üzrə Dövlət Komitəsinin “Diaspor Gəncləri 1+1” layihəsinin növbəti mərhələsinə start verilib.
https://x.com/DiasporaAz/status/1936055029334766007
Komitənin gənclərlə bağlı uğurlu layihələrindən olan “Diaspor gəncləri 1+1” Proqramı 2021-ci ildən etibarən həyata keçirilir. Məqsəd ölkəmizin multikultural zənginliyini, eyni zamanda ermənilərin törətdiyi vandalizm aktlarını, müharibə cinayətlərini, azad olunan ərazilərdə gedən sürətli yenidənqurma prosesini layihə iştirakçıları vasitəsilə xaricdə geniş işıqlandırmaqdır. Komitə layihə çərçivəsində xaricdəki Azərbaycan diaspor gənclər təşkilatlarının rəhbərinin və ya fəal üzvünün onun yaşadığı ölkədən olan bir nəfər əcnəbi, nüfuzlu gənclə birlikdə Azərbaycana səfərini təşkil edir.
https://x.com/DiasporaAz/status/1936055029334766007
Builki səfərdə İngiltərədən hüquq üzrə fəlsəfə doktoru Tofiq Şahniyarov və Middlesex Universitetinin Sosiologiya üzrə fəlsəfə doktoru Manasa Sarvanan, Özbəkistandan Diaspor Gənclərinin Yay Düşərgəsinin iştirakçısı Baxodır Allaberqonov və Özbəkistanın “Milli TV” telekanalının jurnalisti Gülhayo Şarıpova, Kanadadan Azərbaycan diasporunun fəal üzvü Əkrəm Həsənov və “Amazon Web Services”də bir neçə iri layihənin rəhbəri Lan Robert ölkəmizə gəliblər.
Qonaqlar ilk olaraq Fəxri xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə gül dəstələri düzüb. Daha sonra Şəhidlər xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.
https://x.com/DiasporaAz/status/1936055029334766007
Bakı şəhəri ilə ümumi tanışlıqdan sonra onlar Azərbaycan Gənclər Fondunun, Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) nümayəndələri ilə görüşüblər. Görüşdə gənclərin inkişafı, sosial təşəbbüslərin dəstəklənməsi və yeni layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparılıb.
Layihə iştirakçıları Gəncə, Bərdə, Ağdam, Xocalı, Xankəndi və Şuşaya yola düşüblər.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1936055029334766007
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/diaspor-gencleri-1-1-layihesinin-istirakcilari-azerbaycanda-seferdedir-5964
https://x.com/DiasporaAz/status/1936055029334766007
Son Güncelleme: 21 Haziran 2025 | Etiketler: “Diaspor Gəncləri 1+1” layihəsinin iştirakçıları Azərbaycanda səfərdədir, AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Evi, Azərbaycanda səfərdədir, Bakı, BAKÜ, Dəstək Fondu, Diaspor, Diaspor Gəncləri 1+1, Diaspora, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Diasporuna Dəstək Fondu, Fuad, Fuad Muradov, İş üzrə Dövlət Komitəsi, layihəsinin iştirakçıları, Muradov
Михаил Терентьев: Победительница Паралимпиады, горнолыжница Варвара Ворончихина – пример для многих
Поздравление многодетных матерей, семей участников СВО и медработников: «Единая Россия» отметила Международный женский день в регионах
Birleşik Rusya Partisi, Donetsk Halk Cumhuriyeti’ndeki halk programının uygulanmasını özetledi ve 2030 yılına kadar olan planları ortaya koydu
Поддержка участников СВО и военных госпиталей: «Единая Россия» направила в приграничные регионы гуманитарные грузы
«Единая Россия» провела в Волгоградской области региональный отчётный форум по народной программе
Волонтёры «Единой России» оказали юридическую и адресную помощь почти 500 семьям в Курском приграничье