İsveçrənin Muzeylər Gecəsi və Mədəniyyət Festivalında Azərbaycan mədəniyyəti nümayiş olunub
2025
İsveçrənin Muzeylər Gecəsi və Mədəniyyət Festivalında Azərbaycan mədəniyyəti nümayiş olunub
İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyi Bern Bələdiyyəsi tərəfindən təşkil olunan Muzeylər Gecəsi və Bern Mədəniyyət Festivalında ölkəmizi vizual incəsənət və rəqs sahələrində uğurla təmsil edib.
https://x.com/DiasporaAz/status/1907358475513917877
Muzeylər Gecəsi çərçivəsində azərbaycanlı fotoqraf Andre Jabalının Azərbaycan mədəniyyətinə və dünyanın müxtəlif ölkələrinə aid fotoşəkilləri nümayiş etdirilib. Fotoqrafın bənzərsiz üslubunu və çəkdiyi kadrların dərin mənasını qonaqlar yüksək qiymətləndirib.
Festivalda Azərbaycanı rəqs nominasiyasında “Ritm” qrupu təmsil edib. Qrupun ifasında Azərbaycan xalq rəqsləri özünəməxsus dinamika, incəlik və coşqu ilə təqdim olunub və böyük maraqla izlənilib.
https://x.com/DiasporaAz/status/1907358475513917877
Münsiflər heyəti rəqqaslarımızın dəqiqliyini və milli üslubunu yüksək qiymətləndirərək, onları birinci yerə layiq görüb. Bu nəticə Azərbaycan mədəniyyətinin və ənənəvi rəqs sənətinin beynəlxalq səviyyədə necə yüksək qiymətləndirildiyinin daha bir sübutudur.
“Azərbaycanın Dostları” Birliyi bu cür tədbirlərdə iştirak üçün göstərilən dəstəyə görə, Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq edib.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1907358475513917877
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/isvecrenin-muzeyler-gecesi-ve-medeniyyet-festivalinda-azerbaycan-medeniyyeti-numayis-olunub-5686
https://x.com/DiasporaAz/status/1907358475513917877
Son Güncelleme: 03 Nisan 2025 | Etiketler: Azərbaycan, Azərbaycan mədəniyyəti, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Fuad Muradov, İsveçrə, İsveçrənin Muzeylər Gecəsi və Mədəniyyət Festivalında Azərbaycan mədəniyyəti nümayiş olunub, Mədəniyyət Festivalı, Muzeylər Gecəsi
M. TÜRKİ GÜNDOĞAN `DAN 10 ARALIK DÜNYA İNSAN HAKLARI GÜNÜ MESAJI
AĞRI İLİ DAMIZLIK KOYUN KEÇİ YETİŞTİRİCİLERİ BİRLİĞİ BAŞKANI MEHMET NURİ SAMANCI `DAN 10 ARALIK DÜNYA İNSAN HAKLARI GÜNÜ MESAJI
Participation of the Minister of Foreign Affairs in the C5+5 Meeting
Participation of the Minister of Foreign Affairs at the 32nd OSCE Ministerial Council Meeting
Единороссы ЯНАО отправили новогодние подарки детям-сиротам в Мариуполь
Birleşik Rusya Halk Programı kapsamında Dağıstan’daki kırsal okullarda yenilenmiş bir yemekhane hizmete açıldı