6 dekabr, 2025
Litvada Azərbaycan Günü maraqla qarşılanıb
Litvanın “International House Vilnius” Xidmət və İnteqrasiya Mərkəzinin fəaliyyətə başlamasının 4 illiyi münasibətilə müxtəlif icmalar üçün xüsusi günlərin təşkili proqramı həyata keçirilir. Bu proqram çərçivəsində növbəti tədbir Azərbaycan icmasının təşəbbüsü və adı çəkilən mərkəzin təşkilatçılığı ilə “Azərbaycan Günü” olub.
https://x.com/DiasporaAz/status/1996884904324317185
Tədbir iştirakçıları ölkəmizin mətbəxinə aid yeməklərin hazırlanması prosesində iştirak ediblər. Onlara Azərbaycanın tarixi, zəngin mədəni irsi haqqında məlumat verilib. Müxtəlif intellektual oyunlar keçirilib. Uşaqlar üçün nəzərdə tutulan xüsusi guşədə isə milli xalça naxışları ilə rəngləmə və digər yaradıcı fəaliyyətlər təşkil olunub. İnsanlar ölkəmizlə bağlı öz fikirlərini və xatirələrini bölüşüblər. Müxtəlif millətlərin nümayəndələri Azərbaycan mədəniyyətinə heyranlıqlarını ifadə ediblər.
https://x.com/DiasporaAz/status/1996884904324317185
Qeyd edək ki, “International House Vilnius” Litvanın paytaxtı Vilnüsə köçən xarici vətəndaşlar üçün yaradılmış rəsmi xidmət və inteqrasiya mərkəzidir.
Bu cür tədbirlər ölkəmizin mədəni irsini tanıdılması ilə yanaşı, beynəlxalq icmalar arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə də müsbət təsir göstərir.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1996884904324317185
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
Kaynak:https://diaspor.gov.az/az/news-detail/litvada-azerbaycan-gunu-maraqla-qarsilanib-6410
https://x.com/DiasporaAz/status/1996884904324317185
Son Güncelleme: 06 Aralık 2025 | Etiketler: AzDiaspora, AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Evi, Azərbaycan Günü, Bakı, BAKÜ, Dəstək Fondu, Diaspor, Diaspora, DiasporKomitəsi, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Diasporuna Dəstək Fondu, Embassy of the Republic of Azerbaijan, Fuad, Fuad Muradov, İş üzrə Dövlət Komitəsi, Litva, Litvada, Litvada Azərbaycan Günü maraqla qarşılanıb, maraqla qarşılanıb, Muradov
AZİZ AKKUŞ `TAN RAMAZAN BAYRAMI MESAJI
ALİ SÖKMEN ‘DEN RAMAZAN BAYRAMI MESAJI
TURAN TEŞKİLATI GENEL BAŞKANI NESLİHAN YÜRÜKSOY’ DAN RAMAZAN BAYRAMI MESAJI
Birleşik Rusya ve Yekaterinburg merkezli Özel Askeri Operasyonlar ve Terörle Mücadele Operasyonları Gazileri Vakfı, Merkez Grubu güçlerine bağlı savaşçılara helikopter ve ATV bağışladı
Marat Khusnullin, Rostov-on-Don’da düzenlenen ikinci bölge raporlama ve program forumu “Sonuç Var!” katılımcılarının Birleşik Rusya Halk Programı’na yönelik girişimlerini destekledi
Asfa Holding Yönetim Kurulu Başkanı Asaf Atasoy `dan Kadir Gecesi Mesajı