Pakistanlı jurnalist Malik Ayub Sumbal Dövlət Komitəsində olub
2025
Pakistanlı jurnalist Malik Ayub Sumbal Dövlət Komitəsində olub
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov pakistanlı jurnalist, geosiyasi analitik Malik Ayub Sumbal ilə görüşüb.
Qonağı səmimi salamlayan komitə sədri jurnalistin beynəlxalq ictimaiyyətin doğru məlumatlandırılması, Azərbaycanla bağlı dezinformasiyaların qarşısının alınması istiqamətdəki peşəkar fəaliyyətini yüksək qiymətləndirib. Torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad edildiyini xatırladan sədr xarici qonaqların, xüsusən müsəlman ölkələrinin vətəndaşlarının dini və mədəniyyət abidələrinə qarşı erməni vandalizminin nəticələri ilə tanış olmasını Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm addım kimi qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Malik Ayub Sumbal öz növbəsində Qarabağa səfərindən danışıb, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılmasının sevindirici hal olduğunu söyləyib. Görüş zamanı jurnalist gələcəkdə də xarici mediada Azərbaycanın haqq səsinin daha geniş şəkildə işıqlandırılması, ölkəmiz haqqında obyektiv məlumatların yayılması və Ermənistanın təxribatlarının ifşa olunması istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, Malik Ayub Sumbal “Tovuzdan Qarabağa” adlı kitabın müəllifidir. Kitabda Azərbaycanın son 30 illik tarixiindən söz açılıb, Cənubi Qafqazda mövcud geosiyasi vəziyyət təhlil edilib. Nəşr 44 günlük Vətən müharibəsindən sonra bu mövzuda yazılan ilk kitablardandır.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaymak:https://diaspor.gov.az/az/news-detail/pakistanli-jurnalist-malik-ayub-sumbal-dovlet-komitesinde-olub-5739
Son Güncelleme: 23 Nisan 2025 | Etiketler: Ayub Sumbal, Azərbaycan, Bakı, BAKÜ, Diaspor, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Komitəsində olub, Fuad, Fuad Muradov, İş üzrə Dövlət Komitəsi, jurnalist Malik Ayub Sumbal, Muradov, Pakistan, Pakistanlı, Pakistanlı jurnalist Malik Ayub Sumbal Dövlət Komitəsində olub
Birleşik Rusya’nın girişimiyle, Pokachi’den (Khanty-Mansi Özerk Bölgesi) öğrenciler televizyon ve radyo şirketini ziyaret etti
Birleşik Rusya, Kuzbass’ta “İyi İşler” adlı hedefli yardım projesini başlattı
«Единая Россия» провела турнир по мини-футболу среди учащихся Брянской области в честь Героев СВО
«Единая Россия» и МГЕР запустили в Татарстане новый сезон проекта «ПолитЗавод» для политически активной молодёжи
Birleşik Rusya’nın girişimiyle, Yaroslavl bölgesindeki bir çöp depolama alanında çam ormanı oluşturuldu
Birleşik Rusya, “Rusya’nın Gücü” maratonu kapsamında bölgelerde spor etkinlikleri düzenledi