Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Stanislav Yudeniç unudulmaz musiqi həftəsinə görə Bakıya minnətdarlığını bildirib

Stanislav Yudeniç unudulmaz musiqi həftəsinə görə Bakıya minnətdarlığını bildirib
REKLAM ALANI
18.10.2023
A+
A-

 

 

 

Stanislav Yudeniç unudulmaz musiqi həftəsinə görə Bakıya minnətdarlığını bildirib

2023

 

 

 

Stanislav Yudeniç unudulmaz musiqi həftəsinə görə Bakıya minnətdarlığını bildirib

 

 

 

Tanınmış ABŞ musiqiçisi Stanislav Yudeniçin bədii rəhbəri olduğu “Dünya Konsertləri Turnesi” beynəlxalq layihəsi çərçivəsində Bakı şəhərində dünya şöhrətli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş silsilə konsertlər başa çatıb.

 

 

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 10, 12 və 14 oktyabr tarixlərində baş tutan konsertlərdə piano ifaçıları Stanislav Yudeniç (ABŞ), Murad Adıgözəlzadə (Azərbaycan), David Xrikuli (Gürcüstan), Əli Məmmədov (Azərbaycan), İlya Şmukler (İsrail-Rusiya), Çi-Çi (Çin), Yanqrey Tsay (Çin), Anastasiya Vorotnaya (Rusiya), Sergey Belyavski (Rusiya) və İskəndər Məmmədəliyev (Özbəkistan) çıxış ediblər. Musiqiçiləri bədii rəhbər və baş dirijor, Azərbaycanın əməkdar artisti Fuad İbrahimovun və tanınmış dirijor Mustafa Mehmandarovun idarə etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Konsertlər başa çatdıqdan sonra Stanislav Yudeniç qonaqpərvərliyə və unudulmaz musiqi həftəsinə görə təşkilatçılara, dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə dərin minnətdarlığını bildirib. “Musiqi dünyasına verdiyiniz töhfələr və mədəni mübadilənin inkişafı istiqamətində yorulmaz səyləriniz həqiqətən təqdirəlayiqdir”, – deyə Stanislav Yudeniç bildirib.

 

 

Qeyd edək ki, Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru, “Florida Keys” layihəsinin rəhbəri Pərvin Muradovun təşəbbüsü ilə bu layihə ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təqdim edilib.

Layihənin Bakıda təşkilinə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstək göstərilib.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/stanislav-yudenic-unudulmaz-musiqi-heftesine-gore-bakiya-minnetdarligini-bildirib-3686

 

 

 

 

REKLAM ALANI